XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Şərifovun şirkətinin 1,3 milyon borcu var - Direktora "stop" qoyuldu
Ekonomiks15:29 02.04.2025

Şərifovun şirkətinin 1,3 milyon borcu var - Direktora "stop" qoyuldu

Baş nazirin sabiq müavini Abid Şərifova məxsus olduğu deyilən "Evrascon" şirkətinin dövlətə olan borcu yenidən artıb. 
Qaynarinfo-nun məlumatına görə, "Avro-Asiya İnşaat Korporasiyası "EVRASCON” ASC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə 1.333.869,79 AZN vergi borcu yaranıb. 
Şirkətin qanuni təmsilçisi və baş direktoru Həmzət İsmiyev İsmayıl-Əfəndiyeviçin ölkədən çıxışına məhdudiyyət qoyulub. 
Qeyd edək ki, şirkətin ötən ilin sonuna kimi vergi borcu 1,1 milyona yaxın idi. Bu ilin son 3 ayında Həmzət İsmiyevin dövlətə vergi borcu 200 min manatdan çox artıb. 
Aydın