XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Şevçenko Ukrayna Futbol Assosiasiyasının yeni prezidenti oldu
İdman11:46 25.01.2024

Şevçenko Ukrayna Futbol Assosiasiyasının yeni prezidenti oldu

Dünya şöhrətli futbolçu, Ukrayna milli komandasının sabiq üzvü və məşqçisi Andrey Şevçenko Ukrayna Futbol Assosiasiyasının (UFA) yeni prezidenti seçilib.
Qaynarinfo NV-yə istinadən xəbər verir ki, Şevçenko UFA-nın növbədənkənar XXVI qurultayında seçilib.
Ukrayna futbolunun yeni rəhbərinin seçilməsi formal xarakter daşıyıb, belə ki, o, seçkilərdə yeganə namizəd olub. 
Onun lehinə iclas iştirakçılarının 93-ü səs verib. 
UEFA-nın əvvəlki prezidenti Andrey Pavelko futbol meydançalarının tikintisi zamanı vəsaitlərin mənimsənilməsi şübhəsi ilə hazırda həbsdədir.
Nizami Bağırov