Expressbankda Ümumdünya Autizm Maarifləndirmə Günü
münasibətilə maarifləndirici tədbir təşkil olunub. Tədbir Azərbaycan Autizm Assosiasiyasının dəstəyi ilə, "Autizm aylığı”
çərçivəsində baş tutub.
Tədbirdə Assosiasiyanın vitse-prezidentiSona Əliyeva, sədri Elnur Məmmədli, İctimaiyyətlə Əlaqələr şöbəsinin
müdiri, teleaparıcı Ürfan Məmmədli və
İdman direktoru İlham Osmanlı iştirak
ediblər.
Tədbir çərçivəsində Assosiasiyanın
İdman direktoru İlham Osmanlı tərəfindən Expressbank əməkdaşları üçün cəmiyyətdə
autizmli şəxslərlə davranış etikası mövzusunda seminar tədris edilib.
Seminar zamanı autizmli şəxslərlə ünsiyyətdə həssas yanaşmanın vacibliyi,
onların fərdi xüsusiyyətlərinə hörmətlə yanaşılması və inklüziv mühitin
formalaşdırılması ilə bağlı praktiki tövsiyələr təqdim olunub, iştirakçıların
sualları cavablandırılıb. Tədbir interaktiv formada təşkil olunub və
iştirakçılar mövzu ətrafında aktiv müzakirələr apararaq öz fikirlərini
bölüşüblər.
Daha sonra autizm spektr
pozuntusu ilə bağlı ümumi maarifləndirici təqdimat keçirilib, iştirakçılara bu
sahədə əsas anlayışlar, artım statistikası və yanaşmalar izah olunub.
Qeyd edək ki, bu
təşəbbüs Expressbankın inklüziv cəmiyyətin
formalaşdırılmasına verdiyi önəmin növbəti nümunəsidir. Bank sosial
məsuliyyət çərçivəsində bu kimi layihələri davamlı şəkildə dəstəkləyərək,
cəmiyyətdə fərqliliklərə hörmət və bərabər imkanların təşviqinə töhfə verməyi
diqqətdə saxlayır.
Bu, Bankın təşəbbüsü ilə
baş tutan, inklüzivliyi dəstəkləyən
növbəti tədbir olmaqla yanaşı, Expressbankın bu istiqamətdə təşəbbüslərə
dəstək göstərməkdə davamlı olduğunu nümayiş etdirir. Belə ki, ötən il Bank Daun sindromlu gənclərin
cəmiyyətə inteqrasiyasına dəstək olmaq məqsədilə
onların iş mühiti ilə tanışlığı üçün onları Baş ofisində qonaq edib.
"Expressbank” ASC ARMB tərəfindən 30 dekabr 1992-ci il
tarixində verilmiş №119 lisenziya əsasında fəaliyyət göstərir. Ünvan: Bakı
şəh., Y.V.Çəmənzəminli küç., 134C.
Təcili kredit üçün bura keçid edin!
Şərhlər