Əməkdaşlarının rifahına xüsusi önəm verən Expressbank bu
istiqamətdə növbəti korporativ sosial məsuliyyət təşəbbüsünü reallaşdırıb.
Bankın baş ofisində əməkdaşlar üçün "Ortopedik sağlamlıq və düzgün oturma”
mövzusunda maarifləndirici seminar təşkil olunub.
Tədbir
Expressbank və ölkənin qabaqcıl tibb müəssisələrindən olan "Liv Bona Dea
Hospital” arasındakı tərəfdaşlıq çərçivəsində baş tutub. Seminarın əsas
məqsədi ofis şəraitində çalışan əməkdaşların
onurğa sağlamlığını qorumaq, iş məhsuldarlığını artırmaq və oturaq həyat
tərzinin yarada biləcəyi fəsadların qarşısını almaqdan ibarət olub.
Tədbir
zamanı "Liv Bona Dea Hospital”ın
Fizioterapiya və Reabilitasiya şöbəsinin baş təlimçisi Onur Çay iştirakçılara onurğa sütununun fiziologiyası və
gündəlik iş rejimində rast gəlinən yanlış vərdişlər barədə ətraflı məlumat
verib. İnteraktiv formatda keçən görüşdə düzgün oturuş vərdişləri, iş mühitində
onurğa sağlamlığının qorunması üsulları və gündəlik fiziki hərəkətlər kimi
vacib mövzular ətraflı şəkildə əhatə olunub.
Seminarın
sonunda təlimçi tərəfindən əməkdaşları maraqlandıran suallar cavablandırılıb və
onurğa ağrılarının profilaktikası üçün fərdi məsləhətlər verilib.
Qeyd
edək ki, Expressbank əməkdaşlarının sağlamlıq və fiziki rifahını dəstəkləyən tədbirləri"Sağlam komanda” korporativ sosial
məsuliyyət layihəsi çərçivəsində həyata keçirir. Belə ki, bu
layihə əməkdaşların həm iş prosesində, həm də gündəlik həyatda sağlamlıq
vərdişlərinə yiyələnməsini təmin edərək, komanda daxilində yüksək motivasiya və
rifahın qorunmasını əsas hədəf seçib.
"Expressbank” ASC ARMB tərəfindən 30 dekabr 1992-ci il
tarixində verilmiş №119 lisenziya əsasında fəaliyyət göstərir. Ünvan: Bakı
şəh., Y.V.Çəmənzəminli küç., 134C.
Şərhlər