Expressbank
2026-cı ilin birinci rübü üzrə maliyyə göstəricilərini açıqlayıb. Hesabat
dövrünün nəticələri Bankın həm
mənfəətlilik, həm də əməliyyat səmərəliliyi istiqamətində ciddi uğurlar qazandığını
təsdiqləyir.
Hesabat
dövrünün nəticələrinə əsasən, Bankın
xalis mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 35%-dən çox artaraq 3
milyon 272 min manat təşkil edib. Bu artım Bankın əməliyyat səmərəliliyinin yüksəlməsi və gəlirlilik
göstəricilərinin yaxşılaşması ilə müşayiət olunub.
Bankın əməliyyat mənfəəti ötən ilin müvafiq
dövrü ilə müqayisədə 17%-ə yaxın artımnümayiş etdirərək 6 milyon manata yaxınlaşmışdır. Bu göstərici Bankın
fəaliyyət səmərəliliyinin artmasının və daxili resursların effektiv idarə
olunmasının bariz nümunəsidir.
Hesabat dövründə Bankın gəlir bazasında da ciddi
yüksəliş qeydə alınmışdır. Belə ki, faiz gəlirləri 15%-ə yaxın artaraq 22
milyon 494 min manatı ötmüş, xalis faiz gəlirləri isə təxminən 10%
artımla 14 milyon 307 min manat təşkil etmişdir. Qeydə alınan bu müsbət
dinamika Bankın əsas fəaliyyət növləri üzrə gəlir imkanlarının dayanıqlı
olduğunu və maliyyə bazarındakı mövqeyinin getdikcə möhkəmləndiyini bir daha
təsdiq edir.
Hesabat
dövrünün sonuna Bankın cəmi aktivləri
661,973 milyon manat, depozit portfeli 307,871 milyon manat, kredit portfeli
isə 546,543 milyon manat təşkil edib. Birinci rübün nəticələri
Expressbankın maliyyə intizamını qoruyaraq, həm fərdi, həm də korporativ müştərilərlə
əməkdaşlığı dayanıqlı əsaslarla davam etdirdiyini təsdiqləyir.
Həmçinin,
qeyd edək ki, Bankın ticarət və
investisiya qiymətli kağızları üzrə faiz gəlirləri keçən ilin müvafiq dövrü
ilə müqayisədə 43%-dən çox artım
göstərərək 749 min manata çatıb ki, bu da bankın gəlir mənbələrini
effektiv şəkildə şaxələndirdiyini nümayiş etdirir.
Qeyd edək
ki, "Fitch” beynəlxalq reytinq agentliyi 2025-ci ildə
Expressbank ASC-ni qiymətləndirərək Bankın uzunmüddətli reytinqini"B+”
səviyyəsində "Sabit” proqnozlatəsdiqləyib.
Lisenziya
№119, 30.12.1992, AR MB. Bakı şəh., Y.V.Çəmənzəminli küç., 134C.

göstərərək 749, 21 milyon manata çatıb ki, bu da bankın gəlir mənbələrini

Şərhlər