XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Heydər Babayevin bankı ilə hərrac mərkəzi arasında qalmaqal
Ekonomiks14:15 13.07.2023

Heydər Babayevin bankı ilə hərrac mərkəzi arasında qalmaqal

"Bank Standard” Qapalı Səhmdar Cəmiyyəti (QSC) "Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi" MMC-ni məhkəməyə verib.
Qaynarinfo xəbər verir ki, iddia Bakı Kommersiya Məhkəməsinin hakimi Aytən Əliyevanın icraatındadır. 
İşin mahiyyəti barədə açıq mənbələrdə heç bir məlumat yoxdur. 
"Bank Standard” QSC 29 dekabr 1998-ci ildə qeydiyyata alınıb. Qanuni təmsilçisi Piriyev Tural Qüvrət oğludur. 
Hazırda ləğv prosesində olan "Bank Standard” keçmiş nazir Heydər Babayevin bankı kimi tanınıb. 
Heydər Babayev 2005-2008-ci illərdə iqtisadi inkişaf naziri olub. 
O vəzifədən çıxandan sonra bir çox biznes strukturlarının, o cümlədən "Bank Standard”ın durumu pisləşib. 
Seyid