XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Metro problemi taksi qiymətlərini 3 dəfə artırdı
Ekonomiks15:30 21.04.2026

Metro problemi taksi qiymətlərini 3 dəfə artırdı

Bakı metropolitenində baş verən texniki nasazlıq digər nəqliyyat vasitələrindən istifadəyə də təsir edib.
Trend-in məlumatına görə, hazırda taksi xidmətlərindən istifadə ilə bağlı çətinliklər müşahidə olunur.
Sərnişinlər tətbiqlər vasitəsilə taksi tapmaqda çətinlik çəkdiklərini bildirirlər. Yüksək tələbat səbəbindən bəzi istiqamətlər üzrə taksi qiymətlərinin 3 dəfəyədək artdığı qeyd olunur.
Bundan əlavə, məktəblər və ali təhsil müəssisələrində növbə dəyişikliyi vaxtına təsadüf etməsi nəqliyyatda sıxlığı daha da artırıb.